İdman

"Sabah" növbəti yoxlama oyunu keçirib

Yeni mövsümə hazırlığı Sloveniyada davam etdirən "Sabah" klubu bu gün növbəti yoxlama matçını keçirib.

"Respublika" xəbər verir ki, Bakı təmsilçisi "Çukariçki" (Serbiya) ilə qarşılaşıb.

"Sports park Radomlje"də keçirilən görüşdə hesab açılmayıb.

Qeyd edək ki, Bakı klubu daha əvvəl yoxlama görüşündə Sloveniyanın "Koper" komandasına 1:0 hesabı ilə qalib gəlib.