Qusarda jurnalistlər arasında “Zəfər Kuboku” turniri keçiriləcək
İdman

Qusarda jurnalistlər arasında “Zəfər Kuboku” turniri keçiriləcək

İyulun 20-21-də Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında voleybol üzrə “Zəfər Kuboku” turniri keçiriləcək.

"Respublika" xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq.

Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki yarışın finalçısı "Kəlbəcər, ilk turnirin çempionu "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir.

Turnirin püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.

“Zəfər Kuboku” turnirinin təqvimi

20 iyul

11:00. Açılış mərasimi

12:00. A1 - A3

13:00. B1 - B3

15:00. A2 - A3

16:00. B2 - B3

17:00. A1 - A3

18:00. B1 - B3

21 iyul

10:00. Yarımfinal (A1 - B2)

11:00. Yarımfinal (B1 - A2)

13:00. 3-cü yer uğrunda görüş

14:00. Final

15:00. Mükafatlandırma