Qırğızıstan Respublikasının Oş şəhərində 27-28 sentyabrda təşkil edilmiş 8-ci "Cənub-Ekspo 2024", 4-cü "Qırğızıstan - Böyük İpək Yolunda" adlı beynəlxalq turist sərgi -yarmarkalarında Azərbaycan təmsil olunub.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda ölkəmizin mövcud turizm potensialı Azərbaycan milli stendində təbliğ edilib.
Həmçinin sərgi çərçivəsində baş tutan investisiya forumunda təşkil edilən "Böyük İpək Yolunda Turizm" adlı plenar sessiyada ölkə turizmi haqqında təqdimat həyata keçirilib.
Bəybala BƏYBALAYEV,
"Respublika".