İyulun 23-də Elektron Təhlükəsizlik Xidmətində (ETX) Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun başçılıq etdiyi kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüş keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, görüşdə Qırğızıstanda milli CERT-in yaradılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, kibertəhlükəsizlik üzrə qurumlar arasında əməkdaşlıq sahələri, məlumat mübadiləsi və kadr potensialının artırılması imkanları müzakirə olunub. Müzakirələrdə Dünya Bankının və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri də iştirak ediblər.
Bəybala BƏYBALAYEV,
“Respublika”.