"Biz bir çox “Formula 1” yarışlarını izləmişik, amma Bakının trası həqiqətən fərqlidir”.
Bu sözləri “Respublika”-ya açıqlamasında Polşadan gələn turist bildirib. Ailəsi ilə birlikdə Bakıya üz tutan turist qeyd edib ki, bir tərəfdə müasir binalar, digər tərəfdə isə qədim qala divarları – heyranedici bir mənzərədir: “Azərbaycan Formula 1 yarışları üçün ideal məkandır. Burada olmaq həqiqətən böyük zövq verir. Dünyanın bir çox Qran-prilərini canlı izləsəm də, Bakı treki özünəməxsusluğu ilə seçilir. Yarışları seyr etməklə yanaşı, həm də gözəl istirahət imkanı tapırıq. Dünyanın məşhur pilotlarını yaxından görmək unudulmaz hisslər yaradır. Paytaxtınızın mənzərəsi isə göz oxşayır. Dostlarımla və ailəmlə şəhəri kəşf etdik. Hər kəs həyəcanla yarışın bitməsini və qalibin müəyyənləşməsini gözləyir”.
Nəzrin ELDARQIZI,
Nurlan ABDALOV,
Rauf İBRAHİMOV (foto),
“Respublika”.