Fransanın müstəmləkəsi altında olan Polineziyada əlilliyi olan şəxsə qarşı zorakılıq törətdiklərinə görə dörd fransız polis işdən kənarlaşdırılıb və nəzarətə götürülüb.
"Respublika" xəbər verir ki, polislərin nəzarətə götürülməsi lentə alınmış və sonradan sosial şəbəkələrdə yayımlanmış zorakılıq aktlarının görüntüləri əsasında baş verib.
Ali Komissarlıq tərəfindən Milli Polisin Ərazi İdarəsinin apardığı araşdırmanın nəticələri açıqlananadək fiziki sağlamlığı məhdud şəxsə qarşı zorakılıqda iştirak edən dörd polisin dərhal işdən çıxarılması barədə qərar qəbul olunub.
Sentyabrın 26-dan 27-nə keçən gecə çəkilmiş və sonradan sosial şəbəkələrdə yayılmış videoda binanın eyvanında polis əməkdaşlarının əlil arabasında olan kişini mühasirəyə aldıqları, sonradan polislərdən birinin arabanı qaldıraraq, həmin şəxsi yerə yıxdığı görünür. Sonradan polis əlindəki alətlə sağlamlıq imkanı məhdud olan şəxsin üzünə güclü zərbə endirib və onu yerə yıxıb.
Bundan sonra Fransız Polineziyasının dövlət prokuroru həmin dörd polis məmurunun polis nəzarətinə götürüldüyünü bildirib
Qeyd edək ki, son vaxtlar Polineziyada Fransa polisinin zorakılıq aktları artıb.