Paytaxtın daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Gündəm

Paytaxtın daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Avqustun 5-i saat 06:00-dan avqustun 7-si saat 09:00-dək Bakı şəhərinin Səbail rayonunun Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə  "Respublika"-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd edilən müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.