“Paris-2024”: Azərbaycanın dörd idmançısı bu gün mübarizə aparacaq
İdman

“Paris-2024”: Azərbaycanın dörd idmançısı bu gün mübarizə aparacaq

Bu gün Azərbaycanın daha üç idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

"Respublika" xəbər verir ki, onlardan ikisi güləşçi, biri isə taekvondoçudur.

Yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Rafiq Hüseynov (87 kiloqram) 1/8 finalda, müvafiq olaraq, misirli Mohamed Elsayed və macarıstanlı David Loşontsi ilə üz-üzə gələcəkıər.

Taekvondoçu Qasım Maqomedov (58 kiloqram) da mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi irlandiyalı Cek Uolley olacaq.

Bu gün, həmçinin Sənan Süleymanov (77 kiloqram) bürünc medal görüşünə çıxacaq.