Pakistanda zəlzələ olub
Dünya xəbərləri

Pakistanda zəlzələ olub

Pakistanda 5 bal gücündə zəlzələ qeydə olub.

"Respublika" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar təxminən 236 min nəfər əhalisi olan Dera-Qazi-Xan şəhərindən 137 km qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

İtkilər və dağıntılar barədə məlumat yoxdur.

Nəzrin ELDARQIZI,

"Respublika".