Öz əməlləri girdabında boğulan Ermənistan labirintə düşüb
Digər xəbərlər

Öz əməlləri girdabında boğulan Ermənistan labirintə düşüb

İkinci Qarabağ müharibəsində 44 gün ərzində torpaqlarını işğaldan azad etməsi, müharibədə qalib tərəf olmasına baxmayaraq, Ermənistana sülh təklifi Azərbaycanın uğurlu diplomatiyasının nəticəsidir. Ermənistanın isə istər müharibə dövründə, istərsə müharibənin bitdiyi üç ilə yaxın bir müddətdə sülh danışıqlarını ləngitməklə regionda sabitliyi təhdid etməsi, sərhəd zonalarında təxribatlar törətməsi düşmən ölkənin təcavüzkarlıq işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu göstərir. Güclü hərbi mövqeyə malik rəsmi Bakı sözsüz ki, Ermənistanın bu təxribatçı əməllərinə layiqli cavab verir düşünülmüş siyasətini uğurla həyata keçirir. Lakin Ermənistan öz əməlləri girdabında boğulur, düşdüyü labirintdən çıxa bilmir.

Azərbaycan Qarabağ ona bitişik yeddi rayona nəzarəti bərpa etməklə yanaşı, həm üstün hərbi imkanlarını nümayiş etdirdi. Rusiya isə müharibənin dayandırılmasına vasitəçilik etdi sülhü qorumaq üçün sülhməramlılarını sərhəd boyunca yerləşdirdi. Azərbaycan döyüş meydanında olduği kimi, danışıqlar masasında da öz gücünü göstərdi. Bütün bunlara rəğmən Ermənistan öz mənfur siyasətindən əl çəkmək istəmir. Belə ki, ötən il dekabrın 12- Laçın yolunda azərbaycanlı ekofəalların ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı keçirdikləri dinc aksiyanı Ermənistan dünya birliyinə "humanitar blokada" adı ilə təqdim etdi. Bu gün Ermənistan hökuməti Azərbaycanın Laçın dəhlizində sərhəd-nəzarət-buraxılış məntəqəsi yaratmasının da qanunazid olduğunu bildirir, beynəlxalq ictimaiyyətin cəmiyyətin diqqətini yayındırmağa çalışır. Nəyi, necə etməyi çox yaxşı bilən Azərbaycan Prezidenti isə hər diplomatik gedişdə Ermənistan baş nazirinin səriştəsizliyini, xalqının mənafeyindən deyil, öz maraqlarından çıxış etdiyini açıb göstərir.

Müharibədən keçən 3 il ərzində qalib Azərbaycan qarşı tərəfə sülh təklifi etməklə keçmiş səhifələri bağlamağa, xalqların birgəyaşayışına şərait yaratmağa ciddi səy göstərsə , regionda sülhün bərqərar olunması, təhlükəsizliyin təmin edilməsi istiqamətində Ermənistan tərəfindən heç bir müsbət addım atılmayıb. İrəvan Zəngəzur dəhlizinin açılmasına imkan vermir, Qarabağda məskunlaşan erməni sakinlər üçün xüsusi imtiyazlar tələb edir. Ölkə başçımız isə erməni əsilli Azərbaycan vətəndaşlarına heç bir əlavə statusun verilməyəcəyini, bunun ikitərəfli müzakirələrin mövzusu deyil, ölkədaxili məsələ olduğunu qətiyyətlə bildirir. Sözü ilə əməli bir olan Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin hüquq azadlıqlarının Azərbaycan qanunları çərçivəsində qorunacağını dəfələrlə bəyan etmişdir: "Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu onların seçimidir. Otuz il bizdə sülh olmayıb bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır".

Əli havadarlarının ətəyində olan Ermənistan heç bir zaman müstəqil siyasət yürütməyib. Ölkə başçımızın: "Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır ondan-bundan isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır... Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?", - fikirləri gah Fransaya, gah İrana, gah Rusiyaya quyruq bulayan Ermənistanın əsl simasını göstərir. Əslində, İran, Fransa, Hindistan, digər ermənipərəst ölkələrin Ermənistana olan münasibətləri onlara hörmətdən, sevgidən qaynaqlanmır. Öz mənafelərinə Ermənistanı qurban seçən bu ölkələr məqsədlərinə çatmaq üçün ondan istifadə edir, Paşinyan isə xalqının deyil, onu hakimiyyətə gətirənlərin mənafeyinə xidmət edir. Elə bu səbəbdəndir ki, Ermənistanda vəziyyət gündən-günə ağırlaşır, müxalif qüvvələr hakimiyyətə qarşı birləşir, xalqın dövlətə olan inamı, etimadı itir. Eyni zamanda, ölkədə ciddi sosial-iqtisadi problemlər, insan hüquq azadlıqlarının təmin olunmaması hökuməti iflasa sürükləyir. Hakimiyyət beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm ölkə daxilində mövcud gərginliyi azaltmaq məqsədi güdür. Lakin Ermənistan özünü elə bir diplomatik labirintə salıb ki, oradan çıxması asanlıqla başa gələn məsələ deyil.

Erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlmiş Fransa prezidenti Emmanuel Makron bu gün hakimiyyətdə liderliyini qoruyub saxlamaq üçün Ermənistandan istifadə edir. Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə erməni diasporunun dəstəyini qazanan Makron Cənubi Qafqazda erməni xalqının gələcəyini böyük sual altında qoyur.

İran da əslində, erməni sevdalısı deyil. Lakin dili, dini ayrı olan bu iki ölkəni hətta qardaşlıq səviyyəsinə çatdıran güclü işbirliyi var. Belə ki, İran 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan, dini abidələrimizi, müqəddəs məkanlarımızı dağıdan, təhqir edən Ermənistanla sıx birliyi quraraq ölkəmizin yeraltı-yerüstü sərvətlərinin xarici bazarlarda satılmasında yaxından iştirak etmişdir. Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməkdə Rusiyanın hədəf nöqtəsi hər zaman Ermənistan olub. Bütün bunlar onu göstərir ki, öz siyasi mövqeyi olmayan, başqa xalqların torpaqlarına göz dikən, onun-bunun çaldığı havaya oynayan Ermənistan özünü elə bir dərdə mübtəla edib ki, bu bəladan yaxasını çətin ki, qurtara

Mehparə ƏLİYEVA,

"Respublika".