Milli valyutada olan əmanətlərin məbləği artıb
İQTİSADİYYAT

Milli valyutada olan əmanətlərin məbləği artıb

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,5 faiz artaraq, may ayının 1-nə milli valyuta ekvivalentində 13497,0 milyon manat təşkil edib.

"Respublika" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Əmanətlərin 65,7 faizi milli, 34,3 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 15,8 faiz artıb.

May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,84 (1,84) manata, 100 türk lirəsinə 5,27 (5,40) manata, 100 rus rubluna 1,87 (1,86) manata bərabər olub.