Məsud Pezeşkian siyasətində Azərbaycanla əldə olunan razılaşmalara yenidən baxılmayacaq
Siyasət

Məsud Pezeşkian siyasətində Azərbaycanla əldə olunan razılaşmalara yenidən baxılmayacaq

Son dövlər Azərbaycan-İran münasibətlərində xeyli dərəcədə  müsbət irəliləyişin olduğunu müşahidə edirik.  İki ölkə arasında münasibətlərdəki gərginliyin arxada qalması ilə bağlı ciddi addımlar atılır. İyulun 9-da Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng etməsi, bir daha rəsmi Bakının İranla münasibətlərə xüsusi önəm verdiyini göstərir. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf edəcəyinə əminlik ifadə olunub. Bu da onu göstərir ki, yeni İran Prezidentinin siyasətində Azərbaycanla əldə olunan razılaşmalara yenidən baxılmayacaq. Hazırkı dövrdə Bakı və Tehran arasında münasibətlərdə çatlar yaradacaq hər hansı bir tendensiya da müşahidə edilmir. Məsud Pezeşkianın tez-tez azərbaycanlı əhaliyə xitab etməsi və azərbaycanlı olduğuna görə qürur duyduğunu dilə gətirməsi iki ölkənin əlaqələrinə müəyyən qədər müsbət rəsir göstərə bilər. Lakin nəzərə almalıyıq ki, İranda prezident hansısa bir formada radikal qərarlar almaq səlahiyyətinə malik deyil. Çünki ölkə konstitusiyasına görə idarəetmədə əsas rol ali dini rəhbərə məxsusdur.

Tural İSMAYILOV,

politoloq.