Sosial həyat

"Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Quba şəhərində ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmə Quba şəhərində keçirilib.

Nazirliyin Mətbuat Xidmətindən verilən “Respublika”ya verilən məlumata görə, iş axtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə ətraflı məlumat verilib.

Öz biznesini qurmaq istəyən şəxslərin biznes bacarıqlarının inkişaf etdirilməsində proqramın rolu və əhəmiyyəti vurğulanıb, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb.