Qazax
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası səyyar sərgi təşkil edib.
Avqustun 9-da Qazax şəhər S.Vurğun adına İstirahət Parkında təşkil olunan Səyyar sərgidə “Əzm və İradənin Dəmir Yumruq birliyi”, “Şuşa mədəniyyətinin inciləri” bölmələrində Qarabağ, Qarabağın baş tacı, “Azərbaycanın musiqi konservatoriyası” olan Şuşanın tarixini, mədəniyyətini əks etdirən nəşr, dövrü mətbuat nümunələri nümayiş olunub. “Əzm və İradənin Dəmir Yumruq birliyi” bölməsində əks olunan Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyevə, 44 günlük Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunmuş dəyərli kitablar oxucularda xüsusi diqqətə və marağa səbəb olub. Gün boyu davam edən tədbirdə sərgi ziyarətçilərinin nəzərinə çatdırılıb ki, 9 Avqust dünyada Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd olunur.
Bəşər mədəniyyətinin ən böyük nailiyyəti olan kitab tarixi- mədəni, bədii irsi toplayıb saxlayan ən qiymətli xəzinədir. Sərgidə mədəni irsimizin qiymətli sərvətlərindən olan ümummilli lider Heydər Əliyevin mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşlərdəki çıxışları, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli və başqalarının əsərləri təbliğ olunub.
Vəli VƏLİYEV,
“Respublika”.