Bakı Konqres Mərkəzində "Azərbaycan Prokurorluğu: 106 illik ədalət və dürüstlük" adlı tədbir keçirilib.
"Respublika" xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən iclasda Bakıda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv ölkələrin Baş prokurorları və nümayəndə heyətləri də iştirak ediblər.
Təbdirdə çıxış edən baş prokuror Kamran Əliyev bildirib:
"Xanımlar, cənablar və hörmətli prokurorlar mən bu gün aranızda olmaqda olduqca xoşbəxtəm. Bugün qeyd etdiyimiz peşə bayramımız 1998-ci ildə Ümumilli lider Heydər Əliyevin xüsusi sərəncamı ilə təsis edilib. Bu olduqca vacib tarixdir, ikiqat sevinclidir, çünki bugünü dünya prokurorları birgə qeyd edirik. Bugün burada olduğunuza görə sizə təşəkkür edirəm. Əziz həmkarlar, ulu öndər Heydər Əliyev deyirdi ki, prokurorluq orqanı dövlətçiliyimizin əsas sütunlarından biridir. Sizi bu münasibətlə təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirəm".