İyul ayında 9 min 600-dən çox birdəfəlik ödəniş edilib
Sosial həyat

İyul ayında 9 min 600-dən çox birdəfəlik ödəniş edilib

Bu ilin iyul ayı ərzində 9 min 673 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Bu barədə "Respublika"ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Müavinət ödənişləri 4 min 566 nəfər qız uşağı, 5 min 107 nəfər oğlan uşağına görə aparılıb.