İordaniyanın Azərbaycandakı səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb
COP29

İordaniyanın Azərbaycandakı səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Respublika"-ya verilən məlumata görə, görüşdə bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.