Futzal üzrə 5-ci Avropa Universitet Oyunları
Elm və təhsil

Futzal üzrə 5-ci Avropa Universitet Oyunları

8 – 18 iyul tarixlərində Macarıstanın Debrecen şəhərində tələbələr arasında futzal üzrə 5-ci Avropa Universitet Oyunları keçirilir.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən “Respublika”ya verilən məlumata görə, Sözügedən oyunlarda ölkəmizi ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Azərbaycan Tələbə Liqasının qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası təmsil edir.

Qeyd edək ki, yarışa hazırlıq məqsədilə 3 iyun – 5 iyul tarixlərində təlim-məşq toplanışı keçirilib. Hazırlıq çərçivəsində həmçinin elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanovla görüş təşkil olunub.

Ölkəmizi təmsil edən komanda iyulun 7-də Macarıstana yola düşüb.