Dövlət Məşğulluq Agentliyi mükafatlandırılıb
Sosial həyat

Dövlət Məşğulluq Agentliyi mükafatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən nüfuzlu “Communitas” beynəlxalq təşkilatının müsabiqəsində uğura imza atıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"ya verilən məlumata görə “Communitas Awards” adlı beynəlxalq müsabiqədə Agentliyin Mərkəzi Karyera filialının fəaliyyəti yüksək qiymətləndirilib və Agentlik “İctimai Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” kateqoriyası üzrə təşkilatın xüsusi mükafatına layiq görülüb.
Müsabiqədə həm dövlət, həm özəl sektordan olan təmsilçilər beynəlxalq səviyyədə peşəkar münsiflərdən ibarət komissiya tərəfindən bir sıra meyarlar üzrə qiymətləndiriliblər.