DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görülüb
Sosial həyat

DOST Agentliyi daha bir beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi "İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatı 2024" (Human Capital Management Excellence Awards 2024) beynəlxalq müsabiqəsinin qalibi olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST Agentliyi "Ən yaxşı sosial təsir" kateqoriyasında İnsan Kapitalının İdarə Edilməsi üzrə Mükəmməllik Mükafatına layiq görülüb. "Brandon Hall Group" tərəfindən təşkil olunan müsabiqəyə sosial müdafiə, məşğulluq, əlillik, əmək münasibətləri sahələrində DOST xidmətlərinin göstərilməsində, bu sahədə innovativ təşəbbüslərin reallaşdırılması və vətəndaş məmnunluğunun artırılmasında, eləcə də bərabərliyin və inklüzivliyin təmin olunmasında "Könüllü DOST" proqramının təcrübəsi təqdim olunub.

"Respublika".