Bu il 400-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb
Sosial həyat

Bu il 400-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 417 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Onlar xəstəliklərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasındakı "Darıdağ" Arsenli Su Müalicəxanası, "Duzdağ" Fizioterapiya Mərkəzi və Naxçıvan Sağlamlıq Mərkəzində, eyni zamanda "Ulusu" Sanatoriyası, "Belvedere Baku" Hotel və Şahdağ Guba & Truskavets müalicə mərkəzlərində müalicə kursu keçiblər. Həmin şəxslər sırasına müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri daxildir.

"Respublika".