Braziliya millisinin sabiq futbolçusunun yeni klubu müəyyənləşib
İdman

Braziliya millisinin sabiq futbolçusunun yeni klubu müəyyənləşib

Braziliyalı futbolçu Filipe Koutinyonun yeni klubu müəyyənləşib.

"Respublika" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ölkəsinin "Vasko da Qama" komandasına transfer olunub.

"Liverpul", "Barselona", "Bavariya" kimi tanınmış klubların şərəfini qorumuş "sambaçı" son mövsümü icarə əsasında Qətər təmsilçisi "Əl-Duhail"də keçirib.

Qeyd edək ki, Braziliya millisinin heyətində 68 oyuna çıxan Koutinyo 21 qol vurub.