Baş prokuror Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri ilə görüşüb
Sosial həyat

Baş prokuror Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri ilə görüşüb

Avstriyaya işgüzar səfəri çərçivəsində Kamran Əliyev ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Antikorrupsiya Akademiyasının yeni təyin edilmiş dekanı xanım Slaqyana Taseva ilə görüş keçirib.

Baş Prokurorluqdan verilən məlumata görə, Kamran Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiya qarşı mübarizə sahəsində aparılan kompleks tədbirlər və bu sahədə əldə olunmuş müsbət nailiyyətlər barədə danışıb.

Slaqyana Taseva ölkəmizin Akademiya üçün vacib və etibarlı tərəfdaş olduğunu, təhsil ocağının işinə verdiyi davamlı töhfələrə görə təşəkkürünü bildirərək bundan sonra əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Akademiyada təhsil alan azərbaycanlı müdavimlərin sayının artırılması, tədris modullarının ölkəmizdə təşkil edilməsi, Baş prokuror yanında Elmi-Məsləhət Şurası ilə tədqiqat sahəsində əməkdaşlığın qurulması və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

Ü.QARAYEV,

“Respublika”.