Bakı və Abşeron rayonun pensiyaları ödənildi
Sosial həyat

Bakı və Abşeron rayonun pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.

Nazirliyin mətbuat xidmətdən "Respublika"ya verilən məlumata görə, yaxın günlərdə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.