Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 4 faizə yaxın artıb
Digər xəbərlər

Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 4 faizə yaxın artıb

Bu ilin yanvar-may aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 3,6 faiz artıb.

"Respublika" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.Bakı Metropolitenindən istifadə edənlərin sayı 95,1 milyon nəfər olub.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı isə 27, Bakı metrosunun ümumi uzunluğu 40,7 kilometrdir.

Bakı Metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.