Azərbaycan şahmatçısı Xaqan Əhməd növbəti uğura imza atıb.
"Respublika" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən “Masters” turnirində çıxış edən şahmatçı beynəlxalq usta (International Master) tituluna tələb olunan üçüncü normanı yerinə yetirib. Təmsilçimizə beynəlxalq qrossmeyster üçün ilk normanı təsdiqləməkdən ötrü yarım xal kifayət etməyib.
Qeyd edək ki, Xaqan Əhməd Azərbaycanın istedadlı şahmatçılarından sayılır. Cari ilin əvvəlində Beynəlxalq Şahmat Federasiyasının təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib. X.Əhməd 450 yeniyetmə arasından seçilərək əyani məşqlərdə iştiraka dəvət olunub.