"Mən Bakıya gələndə sözün əsl mənasında heyran qaldım".
Bu sözləri "Respublika"-ya açıqlamasında Amerikadan gələn turist söyləyib:
"İstər şəhərin gözəlliyi, müasirliklə qədimliyin sintezi məni Bakıya valeh qoydu. Hələ insanların qonaqpərvərliyini cümlələrlə izah edə bilmərəm. Artıq 1 həftədir ki, Bakıdayam. Küçədə gəzəndə insanlar gülərüz formada yaxınlaşır və bizimlə şirin söhbət edirlər. Burada ən çox marağımı cəlb edən digər bir məqam isə, əksəriyyətin əcnəbi dildə danışmaq bacarıqlarının olmasıdır. Bugünədək həmsöhbət olduğum hər bir azərbaycanlı səlis ingilis dilində danışır. Çox maraqlıdır onlar bu dili mükəmməl səviyyədə necə belə qavrayıblar. Bəzən amerikanların özləri belə danışıq zamanı bir sıra yanlışlara yol verirlər. Amma Bakıda üzləşdiyim mənzərə məni doğrudan da təəccübləndirdi”.
Nəzrin ELDARQIZI,
Nurlan ABDALOV,
Rauf İBRAHİMOV (foto)
"Respublika".