ABŞ senatorları Gürcüstan rəsmiləri ilə regiondakı təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dünya xəbərləri

ABŞ senatorları Gürcüstan rəsmiləri ilə regiondakı təhlükəsizlik məsələlərini müzakirə ediblər

ABŞ-ın Tbilisidə səfərdə olan senatorları Cin Şahin və Mayk Törner Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidzi, müdafiə naziri İrakli Çikovani, QHT və müxalifət nümayəndələri ilə görüşüblər.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, görüşlərdə Gürcüstan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Söhbət zamanı Gürcüstan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın cari məsələlərinə toxunulub, regional təhlükəsizlik məsələlərini və mövcud çağırışlar müzakirə edilib.