Argentina baş prokuroru: Azərbaycan prokurorluq xidməti nümuməvi xidmətdir
Gündəm

Argentina baş prokuroru: Azərbaycan prokurorluq xidməti nümuməvi xidmətdir

Argentina baş prokuroru Juan Batista Azərbaycan Prokurorluğunun yaranmasının 106-cı ildönümü ilə bağlı tədbirində iştirak edib.

"Respublika" xəbər verir ki, tədbirdə  Argentina baş prokuroru Juan Batista çıxış edib:

"Əziz həmkarlar, qarşınızda durmaq şərəfdir, çünki bugün biz Azərbaycanın prokurorluq orqanlarının 106-cı ilini qeyd edirik. Bu bayram günü qanunun aliliyinə və sadiqliyə nümunədir. Azərbaycan Prokurorluq sistemi hər zaman öz dəqiqliyi ilə seçilir. Mən həmişə bildirirəm ki, Argentina prokurorluğu müstəqil şəkildə 1994-cü ildə təsis edilmişdir. Lakin Azərbaycanın bu sahədə 100 ildən artıq təcrübəsi var və bunun üçün gücümüzü birləşdirməliyik, daim yeni çağırışlara hazır olmalıyıq. Azərbaycan prokurorluq xidməti nümuməvi xidmətdir. Baş prokuror Kamran Əliyevi də il dönümü mümasibəti ilə təbrik edirəm".