"Neftçi" heyətini daha iki basketbolçu ilə gücləndirib.
Klubdan "Respublika"ya verilən məlumata görə, “ağ-qaralar” amerikalı basketbolçular Ayza Luis və Kevion Bleylokun transferini rəsmiləşdirib.
A.Luis son olaraq Finlandiyanın “Huima”, K.Bleylok isə Avstraliyanın “Alburi” komandasında çıxış edib.
Qeyd edək ki, “Neftçi” daha əvvəl Azərbaycan millisinin üzvü Amil Həmzəyev, eləcə də amerikalı oyunçular Alonzo Kempbell və Broderik Robinson ilə müqavilə imzalayıb.