"Paralimpiadada qazanılan hər bir medal qələbə deməkdir".
"Respublika" xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında paracüdo üzrə yarışlarda bürünc medal qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev jurnalistlərə açıqlamasında deyib.
O, yarışa istədiyi şəkildə hazırlaşa bilmədiyini söyləyib: "Buna baxmayaraq, medal qazanmaq möhtəşəm hissdir. Fransalı idmançıya qarşı birinci görüşdə haqsızlıq yaşasam da, ruhdan düşmədim. Bizi dəstəkləyən hər kəsə minnətdaram. Yaşım çox olsa da, əzm, iradə hesabına hər şeyə qalib gəlmək olar".
(J1, +90 kiloqram) kateqoriyasında mübarizə aparan İ.Zəkiyev bürünc yer uğrunda görüşdə Qanbat Daştserenə (Monqolustan) qalib gəlib.