Mərkəzi Seçki Komissiyasının növbəti iclası
Siyasət

Mərkəzi Seçki Komissiyasının növbəti iclası

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 4 sentyabr və 5 sentyabr 2024-cü il tarixli iclaslarının protokolları təsdiq edilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, daha sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları, o cümlədən maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

Tacir SADIQOV,

"Respublika".

MSK-nın 9 sentyabr 2024-cü il tarixli iclasının qərarlarının tam mətni ilə www.respublika-news.az saytında tanış ola bilərsiniz.