Mark Bernal La Liqanın 3-cü turunun matçında ön çarpaz bağının yırtılmasına və uzun müddət xəstəxanada qalmasına baxmayaraq, “Barselona” ilə yeni müqaviləyə razılaşıb.
"Respublika" ESPN-ə istinadla xəbər verir ki, 17 yaşlı futbolçunun müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
İspaniyalı yarımmüdafiəçinin sözləşməsi 18 yaşı tamam olandan sonra 2029-cu ilə qədər uzadıla bilər.
M.Bernal əsas komandada 15 oyun keçirdikdən sonra maaşında əhəmiyyətli dərəcədə artım olacaq. Qeyd edək ki, onun hazırda 20 milyon avro olan təzminatı da xeyli artacaq.