“Qarabağ” hücumçusu ilə yollarını ayırıb
İdman

“Qarabağ” hücumçusu ilə yollarını ayırıb

“Qarabağ” komandası futbolçusu Hamidu Keytayla yollarını ayırıb.

"Respublika" klubun saytına istinadla xəbər verir ki, iyirmi doqquz yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.