Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.
Bu barədə "Respublika"ya Peşəkar Futbol Liqasından məlumat verilib.
“Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-da, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-da baş tutacaq. Oyunların məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcək.