Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 6 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.
1 avqust
- Prezident İlham Əliyev milli bayram münasibətilə isveçrəli həmkarını təbrik edib.
- Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
- Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zelim Kotsoyevi təbrik ediblər.
2 avqust
- Prezident İlham Əliyev bir sıra fərmanlar imzalayıb.
- Laçında "Gənclər Yaşıl Dünya Naminə" Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib.
- Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istəyib.
- Azərbaycan XİN "France 2" telekanalının müxbirinin ölkəmizə qarşı qərəzli fikirlərinə münasibət bildirib.
3 avqust
- Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları qısa müddətdə ölkədən çıxmağa çağırıb.
4 avqust
- "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçularımız Vətənə dönüblər.
5 avqust
- Prezident İlham Əliyev "Cavanşir" körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib.
"Cavanşir" körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışı
Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində "Cavanşir" körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və tıxac probleminin nisbətən azaldılması məqsədilə Xətai rayonu ərazisində Üzeyir Hacıbəyli küçəsində yerləşən və uzun illər istismar edildiyindən yükgötürmə qabiliyyətini itirmiş, uzunluğu 202 metr, eni 17,3 metr təşkil edən 12 aşırımlı "Cavanşir" körpüsü sökülərək, yerində şəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri həyata keçirilib. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.
- Prezident İlham Əliyev Avstraliyanın, Burkina Fasonun və Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.
- Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkarlanıb.
6 avqust
- Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib.
- İki il əvvəl itkin düşmüş iki hərbçimizin meyitlərinin qalıqları aşkarlanaraq götürülüb.
7 avqust
- Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.
8 avqust
- Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib.
- Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlib.
9 avqust
- Birinci vitse-prezident Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib.
- Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası baılayıb.
- Prezident İlham Əliyev Astanada Özbəkistan Prezidentinin təltif olunması mərasimində iştirak edib.
- Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib.
Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf perspektivləri
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr dərinləşir. Son iki ildə ard-arda Azərbaycan Prezidentinin bu ölkələrə istər rəsmi, istərsə də işgüzar səfərləri baş tutub. Səfərlər çərçivəsində iqtisadi, siyasi, təhlükəsizlik sahələrində və türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi ilə bağlı kifayət qədər əhəmiyyətli sənədlər imzalanıb. Həmçinin Azərbaycanda TDT ilə bağlı keçirilən tədbirlərdə həmin ölkələrin rəhbərləri iştirak edib.
Cənubi Qafqazda yerləşdiyi strateji mövqe Azərbaycanın beynəlxalq səviyyədə əhəmiyyətini artırır. Azərbaycan və Mərkəzi Asiya ölkələri Çinin "Bir kəmər, bir yol" layihəsinin əsas tərkib hissəsini təşkil edir. Yəni Orta Dəhliz layihəsi məhz bu ərazidən keçir. Bu da ümumilikdə beynəlxalq səviyyədə təsir imkanı yaradır. İkinci bir tərəfdən Azərbaycanın zəngin enerji resursları var və bunun dünya bazarına çıxarılması imkanları çox genişdir. Mərkəzi Asiya ölkələrinin təbii sərvətləri də bu resurslara daxildir. İstər Qazaxıstanın Xəzər dənizi vasitəsilə enerji resurslarının, istərsə də Türkmənistan qazının Trans-Xəzər Qaz Kəməri layihəsi əsasında daşınması buna misaldır.
- Azərbaycan Prezidentinin Qazaxıstana səfəri başa çatıb.
10 avqust
- Birinci vitse-prezident Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib.
- Prezident İlham Əliyev milli bayram münasibətilə Ekvador Prezidentini təbrik edib.
11 avqust
- Birinci vitse-prezident Mehriban Əliyeva Maqomedxan Maqomedovu və Giorgi Meşvildişvilini bürünc medal qazanmaları münasibətilə təbrik edib.
12 avqust
- Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
- Medianın İnkişafı Agentliyi bəzi ölkələrin media resurslarının Azərbaycan barədə həqiqəti əks etdirməyən məlumatları ilə bağlı açıqlama yayıb.
- Prezident İlham Əliyev təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Braziliya Prezidentinə başsağlığı verib.
13 avqust
- Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin bir qrupunu təltif edib.
14 avqust
- Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
İdman dövlətinin Olimpiya estafeti
Azərbaycanın bu gün dünyanın aparıcı idman ölkələrindən biri olması beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənir. İdmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə qazandıqları uğurlar Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər sırasında beynəlxalq idman tədbirləri də xüsusi yer tutur və dövlətlər arasında mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Son illər hərtərəfli inkişafa nail olan Azərbaycan artıq güclü idman ölkəsi kimi tanınır. Ümumiyyətlə, qabaqcıl dövlətlər istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə mədəniyyətin, idmanın inkişafına böyük diqqət yetirirlər. Çünki bu sahədə əldə olunan nailiyyətlər həmişə xalqın qürur mənbəyinə çevrilir, dünya ictimaiyyətində rəğbət doğurur.
15 avqust
- Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
- Prezident İlham Əliyev konqolu həmkarını təbrik edib.
- Prezident İlham Əliyev Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib.
- Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
16 avqust
- MN: Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub.
- "Bakı Metropoliteni" ilə "Metro İstanbul" arasında anlaşma memorandumu imzalanıb.
- COP29 ilə əlaqədar Təşkilat Komitəsinin altıncı iclası keçirilib.
17 avqust
- Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
- COP29-da iştirak edəcək nümayəndə heyətləri üçün tarif portalı istifadəyə verilib.
- Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib.
- Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib.
- Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
18 avqust
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib.
- Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub.
19 avqust
- Kəlbəcərdə mövqelərimiz atəşə tutulub.
- Prezident İlham Əliyev və Prezident Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.
Dostluq və perspektivli əməkdaşlıq formatı
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərində müzakirə mövzuları arasında Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələləri, həmçinin aktual beynəlxalq və regional problemlər qeyd olunub. Səfərin yekunları ilə bağlı dövlət başçılarının birgə bəyanatı qəbul edilib, hökumətlərarası sənədlər imzalanıb.
Ölkənin təhlükəsizliyi və inkişaf göstəriciləri həm də qonşuları ilə münasibətləri müəyyən edir. Qonşularla əməkdaşlıq edən ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə üstünlük qazanmış olur. Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur. Prezident İlham Əliyev iyul ayının 20-də 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Qarşılıqlı hörmət və maraqların gözlənilməsi, uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq bu münasibətləri formalaşdırırıq.
- Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.
- Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri başa çatıb.
20 avqust
- Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.
21 avqust
- Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb.
22 avqust
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.
- Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
23 avqust
- Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki "Kuksaroy" dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
- Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Dost-qardaş, strateji tərəfdaş, rəsmi müttəfiq
Azərbaycan-Özbəkistan əlaqələrinin rəsmi müttəfiqlik səviyyəsinə yüksəlməsi təbiidir və hər iki ölkənin liderinin iradəsinin, qardaş xalqlarının istəyinin təcəssümüdür. Milli maraqlara əsaslanan praqmatik siyasi xəttin tərəfdarı olan İlham Əliyev və Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla, müttəfiqliklə nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, BMT kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib.
24 avqust
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başa çatıb.
- Prezident İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.
25 avqust
- Azərbaycan və İran XİN rəhbərləri arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
26 avqust
- Birinci vitse-prezident Mehriban Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı video paylaşıb.
27 avqust
- Prezident İlham Əliyev Moldova prezidentini təbrik edib.
- Ankarada Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub.
28 avqust
- Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Sea Breeze" istirahət mərkəzində LANDAU Məktəbinin və "The Grand" apart hotelinin açılışında iştirak ediblər.
"Sea Breeze" istirahət mərkəzində LANDAU Məktəbinin və "The Grand" apart hotelinin açılışı
Avqustun 28-də Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində yaradılan "LANDAU School" Təhsil Kompleksinin məktəbinin və "The Grand" apart hotelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.
"Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov Prezident İlham Əliyevə görülən işlər, o cümlədən "Sea Breeze"in əsas layihələri - 231 şagird üçün nəzərdə tutulmuş "LANDAU School" Təhsil Kompleksinin "Sea Breeze"dəki məktəbi və 450 şagird üçün nəzərdə tutulmuş "SABAH.school" barədə məlumat verib.
29 avqust
- Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib.
- Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Sabir Zeynalovu təbrik edib.
30 avqust
- Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib.
31 avqust
- Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovu təbrik edib.
- Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik edib.
- Azərbaycan Prezidenti Sadır Japarova təbrik məktubu göndərib.
- Prezident İlham Əliyev Malayziya Kralını təbrik edib.
“Respublika”.