Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində paytaxt üzrə 51 layihə qalib olub. Onlardan 1-i ümumi təhsil müəssisələri kateqoriyası, 50-si isə fərdi kateqoriya üzrə fərqlənib.
Bu barədə “Respublika” ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.