Daşkəsən
Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayon icra hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri şəhid ailələri və qazilərlə görüşüblər.
Rayon rəhbəri Orxan Abbasov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısının müvafiq göstərişlərinə əsasən bütün dövlət qurumları mütəmadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər. Daşkəsəndə də bu məsələlər daimi diqqətdədir.
Sonra, Orxan Abbasov şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb, onların müraciətlərini dinləyib. Rayon rəhbəri bildirib ki, şəhid ailələrinin və qazilərin qaldırdığı məsələlər müvafiq qaydada operativ araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdiriləcək, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti üzrə müraciət olunacaq. Şəhid ailələri və qazilər diqqətə və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Z.CƏMŞİDOĞLU,
"Respublika".