ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqları müzakirə edib.
"Respublika" "AP NEWS"-a istinadla xəbər verir ki, tərəflər Qəzzadakı hadisələri, atəşkəs və "HƏMAS" hərəkatının saxladığı girovların azad edilməsi üçün aparılan danışıqların gedişatını müzakirə ediblər.
Daha sonra İsrailin baş naziri Ağ Evdə vitse-prezident Kamala Harrislə görüşüb. Görüş təxminən 40 dəqiqə davam edib. Görüşdə müzakirə edilən mövzuların detalları barədə məlumat verilməyib.
Nəzrin ELDARQIZI,
"Respublika".