Basketbolçularımız Avropa çempionatında növbəti oyunlarına çıxacaqlar
İdman

Basketbolçularımız Avropa çempionatında növbəti oyunlarına çıxacaqlar

Bu gün Azərbaycanın 16 yaşadək oğlan və qız basketbolçulardan ibarət yığmaları Avropa çempionatında növbəti oyunlarına çıxacaqlar.

"Respublika" xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar üçüncü matçında Kiprlə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Komandamız qrupda daha əvvəl Ermənistan və Gürcüstan seçmələrinə qalib gələrək yarımfinala vəsiqə təmin edib.

Oğlanlardan ibarət komanda isə A qrupunda Malta ilə qarşılaşacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 16:30-da səslənəcək. Tahir Baxşıyevin yetirmələri daha əvvəl ev sahibi Albaniyaya məğlub olub, Moldovaya isə qalib gəlib.