Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Sosial həyat

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manat yaxın olub.

"Respublika" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq 1,8 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,6 faiz artaraq 100 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 faiz artaraq 74,6 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,7 faiz artaraq 486,8 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 faiz artaraq 340,6 milyon manat olub.