Minnətdarlıq
Digər xəbərlər

Minnətdarlıq

Son zamanlar səhiyyə sahəsində geniş islahatlar aparılır. Mövcud tibb müəssisələri təmir olunur, maddi-texniki təchizatı yaxşılaşdırılır. Yeni səhiyyə ocaqları yaradılır. Müasir dövrün tələblərinə tam cavab verən Məhəmmədli Modul Tipli Xəstəxanası pandemiya dövründə istifadəyə verilib.

Mən həyatımın çox hissəsini pedaqoji sahədə çalışmışam. Hazırda təqaüddəyəm. Bu ilin aprel ayında səhhətimdə problem yarandı, vəziyyətim pisləşdiyi üçün Məhəmmədli Modul Tipli Xəstəxanaya yerləşdirdilər. Yaşayacağıma ümid yox idi, ancaq həkimlərin sayəsində yenidən həyata qayıtdım. İndi özümü çox yaxşı hiss edirəm. Mənə göstərilən yüksək səviyyəli tibbi xidmətə, qayğı və diqqətə görə xəstəxananın baş həkimi Nurəngiz Bəşirovaya, müalicə həkimi Gülayə Əbilovaya və bütün tibbi personala minnətdarlığımı bildirirəm/

Rəna MANAFLI,

təqaüdçü.