İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşıb
Digər xəbərlər

İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar ərazidən keçən 355 mm diametrli 400 metr uzunluğunda magistral su xətti köçürülüb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən magistral kəmərlə suyun nəqli dayandırılsa da su təchizatında fasilə yaranmayıb. İsmayıllı şəhəri anbarlarında toplanmış ehtiyat hesabına əhali içməli su ilə təmin olunub.

Magistral kəmərin köçürülməsi işləri artıq yekunlaşıb və İsmayıllı şəhərinin bu kəmər vasitəsilə içməli su təchizatı əvvəlki rejimlə davam etdirilir.

“Respublika”.