Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək
Digər xəbərlər

Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə iyulun 12-də Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.

Agentliyin mətbuat xidmətindən “Respublika”ya verilən məlumata görə, aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və media nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Agentliyə Bakı şəhəri üzrə təqdim olunmuş layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair fikir mübadiləsi aparılacaq, hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün ictimai dinləmə iştirakçılarının fikirləri öyrəniləcək.

İctimai dinləmədə iştirak etmək istəyənlər iyulun 12-də saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyinə (ünvan: Heydər Əliyev prospekti 10) dəvət olunurlar.