Mikayıl Cabbarov Özbəkistana işgüzar səfərə gedib
İqtisadiyyat

Mikayıl Cabbarov Özbəkistana işgüzar səfərə gedib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

"Respublika" xəbər verir ki, bu barədə nazir məlumat verib.

"Dost ölkədən olan həmkarlarımızla keçirəcəyimiz görüşlərdə birgə fəaliyyətimizi genişləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik", - deyə o qeyd edib.

Səfərdə bu gün Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 13-cü iclası keçiriləcək. Həmçinin Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasının, eləcə də Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüş keçirilməsi nəzərdə tutulur.