Avro-2024 Xəbərlər
İdman

Avro-2024 Xəbərlər

Yarımfinal və finalda bu toplardan istifadə olunacaq

UEFA Almaniyada keçirilən Avropa çempionatının yarımfinal və final görüşlərində oynanılacaq topların fotolarını təqdim edib.

"Adidas" şirkətinin hazırladığı top üzərində yenilənmiş vizual elementləri əks etdirir.

Bu gün İngiltərə-Niderland yığmaları qarşılaşacaq

İngiltərə və Niderland milli komandaları arasında bu gün saat 23:00-da keçiriləcək oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri Ştefan Lyupp və Marko Ahmüller kömək edəcəklər. VAR-da isə Kristian Dinqert olacaq.

Fransanı yox, Türkiyə və ya İsveçrəni yarımfinalda görmək istəyərdim

Belçika millisinin sabiq hücumçusu Kevin Miralyas Fransa seçməsinin Almaniyada təşkil edilən Avropa çempionatında oyununu tənqid edib.

Qeyd edib ki, Fransa yığmasının oyunu məni qıcıqlandırır. Yollarına davam edəndə belə, meydanda heç nə göstərmirlər. Müdafiədə çox güclüdürlər, amma hücum planında ortaya nəsə qoymurlar. Bu komanda yarımfinaldadır, lakin məhsuldar deyil. Yarımfinalda Fransanı yox, Türkiyə və ya İsveçrəni görmək istəyərdim.

İspaniya ilk finalçı oldu

Fransa azarkeşləri isə stadionu göz yaşları içində tərk etdi

Yarımfinal

9 iyul

İspaniya - Fransa 2:1

Qollar: Yamal, 21. Kunde, 25 - öz qapısına - Kolo Muani, 9

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen, "Alyans Arena".

Joze Mourinyo İspaniya komandasını ən böyük sürpriz adlandırıb

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo İspaniya yığmasını Almaniyada təşkil olunan AVRO-2024-ün ən böyük sürprizi adlandırıb.

Qeyd edək ki, o, daha əvvəl Portuqaliya, Fransa və İngiltərə millilərinin favorit olduğunu bildirmişdi.

Türkiyə millisi ilə qürur duyuram

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu Avro-2024-ün 1/4 finalında Niderlanda uduzduqları görüşdən sonra deyib ki, dürüst olmalıyıq, heç kim bizim kimi gənc komandadan 1/4 finala gəlməyi gözləmirdi. Komanda yoldaşlarımla fəxr edirəm. Millidə mümkün qədər çox oynamaq istəyirəm. Bu komanda ilə qürur duyuram.

M.NƏRİMANOĞLU,

“Respublika”.