Panama kanalında su böhranı və quraqlığa qarşı 1,6 milyard dollarlıq layihə hazırlanır
Dünya xəbərləri

Panama kanalında su böhranı və quraqlığa qarşı 1,6 milyard dollarlıq layihə hazırlanır

Panama kanalının rəhbərliyi kanalın istismarı üçün kifayət qədər su təchizatı təmin etmək məqsədilə təxminən 1,6 milyard dollar dəyərində layihə üzərində çalışdıqlarını açıqlayıb.

“Respublika” xəbər verir ki, bu barədə  Panama kanalının istismarı və idarə edilməsindən məsul olan hökumət rəsmisi Rikaurte Vasquez jurnalistlərə açılqmasında deyib. Vasquez layihənin gələcəkdə su çatışmazlığı səbəbiylə gəmilərin kəsişməsində yarana biləcək məhdudiyyətlərin qarşısını almağı hədəflədiyini ifadə edib.  O, qeyd edib ki, su anbarının tikintisi 6 il çəkəcək və təxminən 1, 2 milyard dollara başa gələcək.

Qeyd edək ki, Panama kanalı bir əsrdən çoxdur ən quraq dövrü yaşayır. Atlantik okeanını Sakit okeanla birləşdirən 80 kilometrdən çox su yolunda bəzi şirkətlər alternativ marşrutlar axtardıqlarını söyləyərkən keçid məhdudiyyəti səbəbindən gəmilər qapalı qalıb. Mütəxəssislərin fikrincə, firmalar üçün nəqliyyat xərclərini artıran məhdudiyyətlər istehlak mallarının qiymətlərinə daha çox təzyiq göstərə bilər.

Musa BAĞIRLI,

“Respublika”.