Fransanın ifrat sağçı lideri haqqında məhkəmə istintaqı başladılıb
Dünya xəbərləri

Fransanın ifrat sağçı lideri haqqında məhkəmə istintaqı başladılıb

2022-ci ildə keçirilən seçki kampaniyasının "qanunsuz olaraq maliyyələşdirilməsi" səbəbi ilə Fransanın ifrat sağçı lideri Marin Le Penlə bağlı məhkəmə istintaqı başladılıb.

“Respublika” xəbər verir ki, bu məlumatı BFMTV telekanalı yayıb. Telekanalın məhkəmə sistemindəki mənbələrə istinadən bildiri ki, Paris Prokurorluğu 2022-ci il prezident seçkiləri kampaniyasını "qanunsuz maliyyələşdirmək" şübhəsi ilə ifrat sağçı Milli Birlik Partiyasının (RN) lideri Le Penə qarşı istintaq başladıb. İstintaq qərarı Komissiyanın 2024-cü ilin aprelində hazırladığı bir hesabata əsasən verilib.

Xatırladaq ki, 2022-ci ildə Fransada keçirilən prezident seçkilərində Emmanuel Makron 58, 55 faiz səs toplayaraq Le Penə qalib gəlmişdi.

Musa BAĞIRLI,

“Respublika”.