Dünya birjalarında neft bahalaşıb.
"Respublika" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar artaraq 82,39 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,57 dollar artaraq 78,47 dollar təşkil edib.