Belçika XİN-in başçısı Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb.
"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, Belçikanın xarici işlər naziri Aca Ləbib bununla bağlı bəyanatla çıxış edib. O, Macarıstana münasibətdə Avropa İttifaqı Sazişinin 7-ci maddəsinə uyğun olaraq etimadsızlıq göstərilməsi prosedurunu tətbiq etməyə çağırıb.
Belçikanın naziri deyib: “İrəli getmək üçün ağır addımlarla hərəkət edən Avropamız var və təəssüf ki, bəzi dövlətlər, o cümlədən bir dövlət getdikcə daha çox blok və veto mövqeyini qəbul edir. Düşünürəm ki, qərar vermək üçün cəsarətimiz olmalıdır: 7-ci maddə üzrə sonuna qədər gedin, vetoya son qoyulmasını nəzərdə tutan 7-ci maddəni axıradək aktivləşdirin”.
Aca Ləbib əlavə edib ki, Avropa üçün həqiqət məqamı çatıb. Onun sözlərinə görə, Aİ ölkələri hazırda işlək olmayan mexanizmlərlə bağlı islahatlar aparmalıdır.